YAŞAR GÜLƏR: AZƏRBAYCANIN GÜCÜ BİZİM GÜCÜMÜZDÜR

0

Azərbaycanın gücü Türkiyənin gücüdür.

“Report”un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər deyib.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan mühüm strateji mövqeyə malikdir: “Bu həqiqətdir ki, Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz gücümüzü Vətən Müharibəsində bir daha bütün dünyaya göstərdik. Bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanmasından böyük qürur və xoşbəxtlik hissi keçiririk”.

O, vurğulayıb ki, Türkiyə və Azərbaycanın müdafiə qüdrətinin və əməkdaşlığının gücləndirilməsi seçim məsələsi deyil, vacib ehtiyacdır.

Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara və Bakının sarsılmaz qardaşlıq bağları ikili strateji tərəfdaşlığı gücləndirir. “Ölkələrimiz hər şəraitdə birləşməli və bir-birini dəstəkləməlidir. 44 günlük Müharibədə qazanılan qələbə Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, həm də bütün Türk dünyası üçün qürur mənbəyidir. Azərbaycanın qələbəsi Qafqaz regionunda sülh və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏR GÜNÜ QEYD EDİLİB

Türkiyənin paytaxtı Ankarada "Qazi Ordu Evi"ndə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü qeyd olunub “Report”un Türkiyə bürosunun məlumatına görə, təntənəli...

Bağla