Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq

0

Keçmiş PKK terror təşkilatı tərəfdarlarının silahları təhvil verməsinin ikinci mərhələsinə yaxın günlərdə başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, silahların təhvil verilməsi prosesinin növbəti mərhələsinə bir neçə gün ərzində reallaşacaq və bu, bölgə dağlarındakı bir neçə məntəqədə həyata keçiriləcək.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində silahların təhvil verilməsinin ilkin mərhələsi ötən gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində həyata keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOVUZ DÖYÜŞLƏRİNDƏN 5 İL ÖTÜR

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. 2020-ci ilin iyulun 12-dən günorta...

Bağla