YERDƏ GÜCLÜ MAQNİT QASIRĞASI BAŞLANIB

0

Yerdə G3 səviyyəli maqnit qasırğası başlanıb.

“Report” xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a bildirilib.

Yerin maqnit sahəsinin həyəcanlanma dərəcəsi G3 səviyyəsindədir, bu da beş göstəricidən ibarət şkalada “güclü” deməkdir, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif” mənasını verir.

G3 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər, o cümlədən qoruyucu sistemlərdə yanlış həyəcan siqnalları və yağ transformatorlarının “qaynaması”.

Həmçinin peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radioəlaqədə pozuntular ehtimalı var. Orta enliklərdə qütb parıltılarını müşahidə etmək mümkün olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞANIN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATIB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri mayın 28-də başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri...

Bağla