YOL POLİSİ DUMANLI HAVA İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİB

0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

“Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”, – xəbərdarlıqda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ƏRAZİLƏRDƏ LEYSAN YAĞIB

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Bağla