Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı artıb

0

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.

General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab O.Məmiş müdafiə nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə elm və təhsil sahəsində təcrübə mübadiləsini artırır

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə...

Bağla