ZAMANI AŞMAQ

0

İnsan həyatında zaman anlayışı – keçmiş, indiki və gələcək zaman – davranışların, qərarların və mənəvi inkişafın əsas istiqamətlərindən biridir. Qurani-Kərimdə zamanın müxtəlif təzahürləri və onun insan üzərindəki təsiri geniş şəkildə izah olunur: “Həqiqətən, insanın üzərinə uzun bir zaman keçmişdi ki, o, qeyd olunmağa layiq bir şey deyildi” (İnsan, 1). Bu ayə zamanın insanın varlığına təsirini və onun keçmişdən gələcəyə doğru yolçuluğunu vurğulayır. Zaman yalnız fiziki bir axın deyil, həm də mənəvi bir yolçuluqdur.

Zamanda Yolçuluğun Növləri

  1. Fiziki zaman yolçuluğu – Merac hadisəsində Peyğəmbər əleyhissalam bədəni və ruhu ilə zaman və məkanı aşaraq gələcək hadisələrə şahid olmuşdur (İsra, 1).
  2. Yuxu vasitəsilə zaman yolçuluğu – Yusuf əleyhissalam yuxusunda yeddi illik gələcək hadisələri görmüş və bu biliklə xalqını aclıqdan xilas etmişdir (Ənfal, 43; Fəth, 27).
  3. Zehni zaman yolçuluğu – Yaqub əleyhissalam oğullarının başına gələcək hadisələri hiss edərək fərasət və bəsirət nümayiş etdirmişdir (Yusuf, 5-6). Zehin – zəka, duyğu və sinir sistemi arasında qurulan körpüdür. Bu körpü gücləndikcə insan zamanın mahəyyətini daha dərindən qavrayır. Peyğəmbərlərin zehin gücü sayəsində həm keçmişi, həm də gələcəyi müşahidə etmələri Quranda tez-tez vurgulanır. (Bəqərə, 243; Fəcr, 6)
  4. Dua və tövbə ilə zaman yolçuluğu – İbrahim əleyhissalamın duası gələcək nəsillərin namaz qılması və qurtuluşu üçün bir vasitə olmuşdur (İbrahim, 40). Dolaysiyla, İbrahim (a.s) duaları ilə zamanı aşaraq gələcəyi şəkilləndirmişdir.  Tövbə isə keçmişi düzəltmək və ibrət almaq üçün bir vasitədir. İnsan tövbə ilə keçmişə gedərək nöqsanlari və əngəlləri qaldırır.

Hadisələrə qarşı mövqeyimiz zamanı aşmaqda bizə yardım edir. Necə ki, İbrahim əleyhissalam onun yanına gələn mələklərdən həm sevindirici, həm də kədərli xəbər aldıqda mətanətli mövqe sərgilədi (Hicr, 51-60). Yunus əleyhissalam isə dəvət yerini tərk etmək barədə tələsik qərar verdiyi üçün sonradan peşman oldu (Ənbiya, 87). Taif hadisəsində Peyğəmbər əleyhissalam ona qarşı yönəlmiş əziyyətə baxmayaraq bəddua etmədi, xoş dua etdi. Bütün bu misallar, zamanı aşmaq və hadisələrin gələcəyinə nəzər sala bilmə idrakı ilə əlaqəlidir.

Zamanı aşmaq – onu doğru anlayaraq keçmişdən ibrət almaq, indini dəyərləndirmək və gələcəyi düzgün planlamaqdır. Qurani-Kərimdəki misallar göstərir ki, zamanın hər üç kəsiyi bir-biri ilə bağlıdır və insan bu üç zaman içində şüurlu şəkildə hərəkət etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN GÖZLƏNILƏN HAVA ŞƏRAITI ILƏ BAĞLI XƏBƏRDARLIQ EDIB

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin...

Bağla