ƏRDOĞAN PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

0

“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə xeyirli ömür yaşamasını diləyirəm. Bu düşüncə ilə İlham Əliyev qardaşımın doğum gününü səmimi-qəlbdən yenidən təbrik edir, can Azərbaycana salamlarımı çatdırıram. Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını daim etsin, qorusun!”, – Türkiyə lideri vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Nazir, bununla bağlı tviter hesabında...

Bağla