Fuat Oktay: Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq

0

Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik.

Bu fikri Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir:

“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”.

F.Oktay həmçinin əlavə edib ki, türk dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və bunun gələcək nəsillərə ötürülməsi əsas hədəflər arasındadır: “Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BAKIDA 29, RAYONLARDA 31 DƏRƏCƏ İSTİ OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və...

Bağla