AVROPA MƏDƏNİYYƏTİNƏ İSLAMIN TƏSİRİ – 2

0

Priney yarımadası və ya başqa adla İberiya yarımadası müsəlmanların bu bölgəyə ilk ayaq basdığı tarixə qədər daxili çaxnaşmaların yaşandığı və feodal dağınıqlığın hökm sürdüyü bölgələrdən biri idi. Qüdrətli Roma İmperiyasının dağılmasından sonra vizqotlar Priney yarımadasını ələ keçirdilər və öz hökmdarlıqlarını elan etdilər.

Bu hadisələrin baş verdiyi əsrdə İslam dini uzaq diyarlara yayılmağa başlamışdı. Müsəlamanlar İslam bayağını yeni torpaqlara daşımaq üçün böyük səy göstərirdilər. Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin göstərişi ilə Əməvi Xilafətinin Şimali Afrika valisi Musa ibn Nuseyr, İspaniyanın fəthi üçün Tariq ibn Ziyadın başçılığı ilə ordu göndərdi. Tariq ibn Ziyadın başçılıq etdiyi ordu 711-ci ildə Cəbəlü-Tariq boğazını keçərək dağınıq halda olan Vizqot ordusuna qalib gəldi. Beləliklə, İspaniyada yeni bir dövr- müsəlmanların əsri başladı.

İspaniya fəth edildikdən sonra yeni torpaqlar “Əndəlüs” (İspan dilində “Analucia”) şəklində adandırılmağa balandı. Əndəlüs hər cəhətdə inkişaf edərək sonrakı nəsillər üçün örnək təşkil etmişdir. Belə ki, müsəlmanlar burada astronomiyadan botanikaya kimi bir çox elm sahəsində ixtiralar etmiş, təfsirdən fəlsəfəyə kimi önəmli dini elmlərdə qaynaq təşkil edəcək əsərlər yazmışdır. Həmçinin Əlhamra sarayı, Qurtuba məscidi və s. mədəniyyət inciləri müsəlmanların memarlıq və incəsənət sahəsində də söz sahibi olduğunu sübut edir. Avropada qara buludların hakim olduğu bir dövrdə müsəlmanların mədəniyyət qurmaları, fövqəladə işləri bacarmaları və ixtiralar etmələri avropalıların heyrətlənməsinə səbəb olmuşdur.

1492-ci ildə Ənəlüs İslam dövləti süqut edikdən sonra rəsmi olaraq müsəlmanların İspaniyadakı varlığına son qoyuldu. Lakin İspaniyada müsəlmanların varlıqlığının sonlandırılması ümumi mənada İslamın Avropadakı, xüsusi mənada isə İspaniya və İspan dili üzərindəki təsirlərini tam mənada yox edə bilmədi.

Hər dil başqa dillərin təsirinə məruz qalır. Lakin bu qayda İspan dilində daha bariz şəkildə özünü göstərir. Ərəb dilinin İspan dili üzərindəki təsirlərini iki başlıq altında incələyə bilərik.

  1. Qrammatik təsir: Bu gün İspan dilində sözlərin yazılışında və tələffüzündə “al” artiklı istifadə eidlir. İspan dilində mövcud olan bu qayda Ərəb dilindən qaynaqlanır. Belə ki, Ərəb dilində “əl-ال, müəyyənlik artiklı mövqeyində istifadə edilir. Ərəblərin İspaniyadakı hakimiyyətlərinə qədər bu ərazilərdə Roma İmperiyasının təsirindən dolayı Latın dili danışılırdı. Ərəblərin hökmranlığı dövründə isə Ərəb dili İspaniyada danışıq dilinə çevrildi. Daha sonra müsəlmanların Priney yarımadasından tamamilə çıxması nəticəsində yavaş-yavaş İspan dili bölgənin rəsmi dilinə çevrilməyə başladı. Hər nə qədər İspan dili rəsmi dövlət dilinə çevrilsə də Ərəb qrammatikası öz sözünü deməyi bacardı. Beləliklə, ispanlar tələffüz etdikləri və yazdıqları sözlərin əvvəlində Ərəb dilindən qaynaqlanan “al” müəyyənlik artiklını istifadə etməyə başladılar. “Əl” artiklı ilə başlayan sözləri aşağıdakıları misal göstərə bilərik: “alguacil” (Ərəb dilindəki “əl-vəzir” sözünün İspan dilindəki qarşılığıdır), “jabal tarig” (“Tariq dağı”nın İspan dilindəki qarşılığıdır), “alfil” (“fil” sözünün İspan dilindəki qarşılığıdır).
  2. İspan lüğət fonduna keçən Ərəb əsilli sözlər: Bu gün İspan dilinin lüğət fondunun 8%-lik hissəsini Ərəb sözləri təşkil edir. Bu, göz ardı edilməyəcək dərəcədə böyük rəqəmdir. Mövzunu daha yaxşı anlamaq üçün İspan dilinin lüğət fonduna daxil olan Ərəb əslli sözlərə bir neçə misal göstərək: “acuzar” (“şəkər” mənasına istifadə edilən Ərəb mənşəli sözün İspan dilindəki qarşılığıdır), “aceituna” (“zeytun” mənasında istifadə edilən Ərəb mənşəli sözün İspan dilindəki qarşılığıdır), “naranja” (“portakal” istifadə edilən Ərəb mənşəli sözün İspan dilindəki qarşılığıdır), “algodon” (“pambıq” istifadə edilən Ərəb mənşəli sözün İspan dilindəki qarşılığıdır).

Görüldüyü kimi Ərəb dilinin İspan dili və Avropa üzərində ciddi təsiri vardır. Bu təsir bu gün də davam edir. Biz buradan hərəkət edərək İslam dininin və mədəniyyətinin Avropa üzərində uzun əsrlərdir davam edən təsirinin olduğunu rahat bir şəkildə dilə gətirə bilərik. Çünki bir millətin mövcudiyyətini sübut edən faktorlardan biri dilidir. İspaniya Avropada yerləşən və mədəniyyət baxımından zəngin ölkələrdən biridir. Zəngin tarixə və lüğət ehtiyatına sahib olan bir dildə İslam mədəniyyətinin bariz bir şəkildə özünü göstərməsi Avropa mədəniyyətindəki İslam faktorunun mövcudiyyətini bir daha sübut edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İLƏ HƏRBİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ OLUNUB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə...

Bağla