DİYANƏT VƏQFİNİN NÜMAYƏNDƏLƏRİ GYF-Nİ ZİYARƏT ETDİLƏR

0

Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, Türkiyə Diyanət İşləri Başqanlığının müşaviri, TDV mütəvəlli heyət üzvü Doç. Dr. Fatih Kurt, Türkiyə Diyanət İşləri Başqanlığının Din Xidmətləri Baş İdarəsinin Ailə və Dini Rəhbərlik şöbəsinin mütəxəssisi Fatih Yıldız, TDV Təhsil və Mədəniyyət Xidmətləri Akademik və Mədəni Fəaliyyətlər mütəxəssisi Ali Güner, Bakl Türk Anadolu Liseyinin müdiri Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun fəaliyyəti haqqında geniş məlumat verib,  həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət etdiyini bildirib. ‎

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏNBƏ GÜNÜ 32 DƏRƏCƏ İSTİ OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və...

Bağla