CƏNNƏTDƏ BİZİ NƏ GÖZLƏYİR?

0

Cənnət əhlinə verilən nemətlər onlara narahatlıq  verən hər hansı bir şeyin və ya sıxıntının qarşısını almaq üçün deyildir. Oradakı yemə-içmələri də aclıq və suzuluq səbəbi ilə deyildir. Həmçinin yaxşı ətir sürtmələri də pis iylərdən qaçmaq üçün deyildir. Bunlar bir-birini təqib edən zövq verən hallar və nemətlərdır. Allah-təala belə buyurur:

“Şübhəsiz ki, sən burada nə aclıq çəkir, nə də çılpaq qalırsan. Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən” (Ta ha, 118-119)

Rəsullah (s.ə.s) belə buyurur:

Kim cənnətə girərsə, daim nemətlər içində olar, heç dərd və sıxıntı çəkməz, paltarları köhnəlməz, cavanlığı bitməz. (Müslim, Cənnət, 22)

Bir münadi belə deyir:

“Siz hər zaman cənnətdə sağlam olacaq və əbədiyyən xəstələnməyəcəksiniz. Davamlı olaraq həyatda olacaq, əbədiyyən ölməyəcksiniz. Hər zaman gənc qalacaq, heç yaşlanmayacaqsınız. Həmişə nemət və səadət içində yaşayacaq, heç kədər və sıxıntı çəkməyəcəksiniz”

Allah bu halı Qurani-kərimdə belə göstərir:

“Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”. Onlara: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” – deyə səslənilər.” (Əraf, 43)

Osman Nuri Topbaş, Ebediyet Yolculuğu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜNAHLAR NECƏ BAĞIŞLANIR?

Allah təala Qurani-kərimdə belə buyurur: “O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm et­dik­ləri zaman Allahı yada salıb günahlarının...

Bağla