Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib

0

Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən Ermənistan ordusuna aid mövqelər, gecə boyu bölmələrimiz tərəfindən atəşə tutulub.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir:

Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

Məlumatda həmçinin bildirilir ki, düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Azərbaycan Silahlı Qüvvələrinin, Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən düşmənə aid məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb. İslamveirfan.com xəbər verir...

Bağla