FƏLƏSTİNLİ 1000 UŞAQ QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDULAR

0

Fələstinin Qəzza şəhərində “Darul-Quran və Al-Sunnah” vəqfinin təşkilatçılığı ilə 1000 tələbə müqqəddəs Qurai-Kərimi əzbərləyərək hafiz titulunu qazandılar.

Hafizlərin yürüşü ilə başlayan mərasim Qəzza zolağındakı “İslam” universitetində keçirilib. Mərasimdə tələbələr Quran və ilahilər oxuyublar.

Quran yürüşündə iştirak edənlərə təşəkkür edən “Darul-Quran və Al-Sunnah” vəqfinin sədri Dr. Abdurrahman Əl-Camal, bu hafizlərin Məscidi-Əqsanı xilas edəcək nəsil olacağını vurğulayıb.  

Qəzza zolağında minlərlə uşağın Quranı əzbərləmək üçün əlindən gələni etdiyini deyən Camal, bu uşaqların valideynlərinə müraciət edərək övladlarını hafizlik mərkəzlərinə göndərməyi məsləhət görüb.  

Bu ləyaqətli nəticə üçün müəllimlərə təşəkkür edən sədr, Hafiz adını qazanan tələbələri də təbrik edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA MÜSƏLMANLARA AİD MƏSCİDLƏR VƏ EVLƏR YANDIRILIR

Hindistanın Tripura əyalətində müsəlman etniklərə aid məscid, ev və mağazalar radikal yerlilər tərəfindən yandırılır. Bu barədə, Pakistan Xarici İşlər Nazirliyinin...

Bağla