İLK ZƏVVAR QRUPU MƏKKƏYƏ ÇATDI

0

Həcc ibadətini yerinə yetirəcək ilk zəvvar qrupları Məkkəyə çatmağa başlayıb. İslamveirfan.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilr ki, ziyarət üçün zəvvarların gəldiyi bir vaxtda müqəddəs məkanda kovid-19 ilə mübarizə tədbirləri gücləndirilir.

Həcc və Ümrə Nazirliyi iznsiz Həcc ziyarətinə yol verilməyəcəyi barədə xəbərdarlıq etsə də, artıq bu qaydanı pozan 16 nəfərin saxlanıldığı açıqlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı qlobal pandemiya səbəbindən bu il Həcc ziyarəti üçün xaricdən zəvvar qəbul edilməyəcəyini, ölkə ərazisindən, əsasən də bu ölkədə yaşayan əcnəbilərdən ibarət min nəfərin hacı olmasına izn veriləcəyini açıqlamışdı.

Xatırladaq ki, əvvəlki illərin müvafiq dövrlərində 2,5 – 3 milyondan çox müsəlman Məkkəyi-Mükərrəməni ziyarət edərək hacı olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UZUN FASİLƏDƏN SONRA AYASOFİYADA İLK CÜMƏ NAMAZI QILINDI

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidində bu gün cümə namazı qılınıb. 84 illik fasilədən sonra qılınan namazda Türkiyənin prezidenti Rəcəb Tayyib...

Bağla