NƏSLİN QORUNMASI

0

İslam dini qadına çox qiymətli bir mövqe bəxş etmişdir.

Qadınlar həqiqi səadəti Quran və sünnənin hüzuru içərisində axtarmalıdırlar. Təəssüf ki, günümüzdə bəzi qadınlar müxtəlif vədlər və şirin sözlərlə xoşbəxtliyi evdən kənarda axtarırlar. Halbuki Allah-təala qadını duyğu baxımından kişiyə görə daha zəngin yaratmışdır. Bu duyğu və hissiyyat ailədə qadının əsas və fitrətdən gələn vəzifəsi olan nəslin qorunması və tərbiyəsində böyük bir fayda təmin edərkən, cəmiyyət və iş həyatının qadın fitrətinə uyğun olmayan çətin şərtlərdə əleyhinə dönüb onu yoran bir təsir gücünə malikdir. Buna görə də qadın özünü ilahi nizam-intizamının xaricinə atarsa, onun fitrətinə xəyanət edilmiş olar.

Ağıllı və qabiliyyətli bir kişi evinə addım atarkən ağlını, bir dükana girərkən də hissiyyatını qapı eşiyində qorumalıdır. Qadın isə, əksinə, fitrətinə qalib gələn hissiyyatı lazım olan anda tərk etmək qabiliyyətini asanlıqla göstərə bilməz. Məhz bu, cəmiyyətdə qadının istismar edilməsinə səbəb olan əsas amillərdən biridir.

Allah-təala qadın və kişi arasında bir-birlərini tamamlayan çox gözəl bir vəzifə bölgüsü aparmış, hər ikisinə də müxtəlif istedadlar vermişdir. Qadın və kişi ancaq mənəvi və maddi olaraq bir-birini tamamladığı zaman gözəl bir bərabərlik meydana gələr; ailə və buna bağlı olaraq da cəmiyyət hüzurlu olar.

Çox təəssüflər olsun ki, zəmanəmizdə qadın və kişi arasında yaradılan süni bərabərlik yarışı qadınların xanımlıq və analıq vəzifələrini zədələmiş, ailənin rahatlığını pozmuş, cəmiyyət həyatını sarsıdaraq onu ailə faciələrinin yaşandığı bir məkana çevirmişdir. Halbuki qadın və kişinin fiziki və ruhi yaradılışları bərabər deyildir ki, praktiki və hüquqi bərabərlik meydana gəlsin. Mühüm olan bütün sahələrdə bərabərlik deyil, haqlar və mükəlləfiyyətlər arasındakı ədalət və tarazlıqdır.

Allahın kişi və qadına verdiyi fitri xüsusiyyətlər zidd olaraq tarazlıq pozulanda ailə işində münaqişələr və hüzursuzluqlar baş verər, rahatlıq tapmayan insanlar artar ki, bununla da insanlar hüzur və səadəti başqa yerlərdə axtarmağa başlayar və nəticədə ərşi-əlanı da titrədən boşanmalar nəticəsində cəmiyyətin ən müqəddəs dəyəri sayılan ailələr dağılar. Beləliklə, ev içində ailə qayğısı görməyən, nümunə götürəcəyi ata-anasından mənfi davranışa məruz qalan uşaqlar da küçələrə atılan uşaqlar kimi qısa müddətdə siqaret, içki, narkotika və müxtəlif qrupların toruna düşərək ictimai bir faciəyə səbəb olarlar. Şübhəsiz ki, bu vəziyyət cəmiyyət həyatını sarsıdan qorxunc bir əxlaqi erroziyaya gətirib çıxarar.

Əsrimizin ən qorxulu və iyrənc cinayətlərindən biri də zərurət olmadığı halda uşaq “aldırmaqdır”(abort). Qız uşaqlarını diri-diri torpağa basdıran yarım vəhşi cahiliyyət insanları ilə vəhşilik yarışına girmişcəsinə ana bətnindəki məsum körpələri parçalayaraq onları modern bir cinayətə qurban edənlər arasında heç bir fərq yoxdur. Bu, hər şeydən əvvəl ilahi lütfə qarşı bir nankorluqdur. Belə hərəkət edənlərin həyatın hansı sürprizləri ilə qarşılaşacaqları da məchuldur. Bu cinayətdə iştirak edənlər bəlkə sabah həyatda tənha qaldıqları vaxt əlindən tutanın o uşaq olacağını belə düşünmürlər. Onlar vaxtı ilə öz ata-anaları da onları istəməyib eyni aqibəti onlar üçün rəva görsəydi, bu gün həyatda olmayacaqlarını belə fikirləşməlidirlər.

Din və imandan məhrumiyyət səbəbilə həyatı məhz nəfsini fikirləşərək yaşayan, nəfsani arzularını rahatlamaqdan başqa heç bir düşüncəsi olmayan, insanlıq şərəf və heysiyyətinə vida etmiş, özündənrazı bir nəslin necə fəlakətə düçar olduqlarına tarix dəfələrlə şahid olmuşdur.

Nəsillərin qoruma düşüncəsi ilə çırpınan bitki və heyvanlar qarşısında məxluqatın ən şərəflisi olan insanların bu hisslərdən məhrum olmaları çox acı və iyrəncdir. Onların insanlıqdan uzaqlaşmalarının ayədə də ifadə edilməsi çox ibrətamizdir:

Qadının fitrəti istiqamətində yaşaması cəmiyyəti cənnətə çevirər. Xoşbəxt ailələr cəmiyyətin səadət qaynağıdır. Tarix səhifələrinə baxanda görürük ki, cəmiyyətlər həm qadınlarla abadlaşmış, həm də onların əlilə bərbad olmuşdur. Əgər qadınlara xoşbəxtlik üçün küçələr göstərilərsə, həyat yolları qırıntıları ilə dolu olar.  

Əxlaqsızlığın yayılması, fitnə-fəsada məruz qalması və ya maddi-mənəvi imkansızlıqların artması kimi səbəblərlə ar və namusunu qorumaq üçün çətinlik çəkənlərə yardım əlini uzatmaq həm İslami bir məcburiyyət, həm də bir insanlıq borcudur. Hədisi-Şərifdə bu barədə belə buyurulur:

Qadının xoşbəxtliyi heysiyyətini qoruyaraq yaşamasında və ailəsini mühafizə etməsindədir. “Cənnət anaların ayaqları altındadır”-(Süyuti, I, 125) Hədisi- Şərifin saleh bir ana üçün ən böyük şəhadəti-Məhəmmədiyyədir. Digər bir Hədisi-Şərifdə belə buyurulmuşdur:

Dünya keçici bir faydadan ibarətdir. Onun fayda verən ən xeyirli varlığı saleh qadındır”.(Müslim, Rada 64)

Fəzilət sahibi bir ana ilahi qüdrətdən təcəlli edən bir mərhəmət qucağı, ailədə səadət qaynağı, zövq və səfa işığı, ailə üzvlərinin şəfqət yeri, Rəbbimizin Rəhman və Rəhim adlarının dünyadakı müstəsna və əhəmiyyətli təcəlligahıdır. Xeyirli nəsillərin yetişdirilməsində anaların çox böyük bir yeri vardır. Bütün övliyalar və fatehlər ilk feyzərinin məhz salehə analardan almışlar. Peyğəmbər (s.ə.s.) bir Hədisi-Şərifdə belə buyurmuşdur:

Qadının ailə və cəmiyyətdəki əhəmiyyətinə görə qız uşaqlarına daha xüsusi bir diqqət göstərilməsini istəyən Peyğəmbər (s.ə.s.) Hədisi-Şəriflərin birində: Hər kim iki qız uşağını həddi-buluğ yaşına qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü onunla mən yan-yana olacağıq”, – buyurmuşdur. ( Müslim, Birr, 147)

Həzrət Peyğəmbər (s.ə.s.) qızı Fatimənin (r.a.) evində qaldığı günlərin birində Həzrət Həsən və Həzrət Hüseyn ondan su istəyir. Allah Rəsulu əvvəlcə Həzrət Həsənə su verir. Bunu görən Həzrət Fatimə Həzrəti Peyğəmbərin Həzrət Həsəni daha çox sevdiyini düşünür. Həzrət Peyğəmbər isə:– “Xeyr, əvvəlcə Həsən su istədiyi üçün ona su verdim”, -deyir. (Əhməd, I, 101)

Güclü cəmiyyətlər möhkəm ailələrdən əmələ gəlir. Güclü ailələr də daha çox mənəvi tərbiyə almış yəni nəfs maneəsini keçmiş fəzilətli anaların əsəridir. Bunun ən gözəl nümunələri də qadın səhabələrdir. Onlar uşaqlarına canları, malları ilə fədakarlıq etməyi öyrədərək, uşaqlarının könüllərini  Rəsulullahın (s.ə.s.) məhəbbəti ilə yoğurmuşlar. Allah Rəsulunun (s.ə.s.) mənəvi tərbiyəsi ilə ümmətə nümunə olan qadın səhabələr Rəsulullahı (s.ə.s.) görməkdə gecikən və ya onunla uzun müddət görüşə bilməyən övladlarına xəbərdarlıq edərdilər. Hüzeyfə (r.a.) xatirəsini belə danışır:

   Anam bir gün məndən soruşdu:

   – “ Həzrət Peyğəmbərlə (s.ə.s.) ən son nə vaxt görüşmüsən?”

   Mən də:

   -“Bir neçə gündür onunla görüşə bilmirəm”,-dedim.

   Mənə çox hirsləndi və qəti şəkildə tənbeh etdi. Mən də:

   -“Dayan, əsəbləşmə, anacan! Dərhal Rəsulullahın (s.ə.s.) yanına gedər, onunla birlikdə axşam namazını qılar, sonra da həm mənim, həm də sənin üçün dua etməsini ondan xahiş edərəm”, – dedi… (Tirmizi, Mənaqib, 30.3781)

Məhz övladlarını belə tərbiyə edən o analar xeyri və hidayəti bütün dünyaya yayan nümunəvi bir nəsil yetişdirməyin könül rahatlığı ilə rəblərinə qovuşdular. Bu gün də səhabələrin istək və həyəcanı ilə övladına Allah və Rəsulunun tanıdıb sevdirəcək o mübarək nəslin ardınca getmək hər mömin ata-ananın ümdə vəzifəsidir.

Bir millətin gələcəyini görmək kəramət deyildir. Bunun üçün onların gəncliyinə baxmaq kifayətdir. Hər dövrün gəncliyi öz xarakterinə uyğun, enerjisini istifadə edəcəyi ayrı bir həyəcan ab-havasında yaşayır. Hər millət gəncliyinin hiss və fikir dünyasına görə formalaşır. Əgər millətin gəncləri gücünü mənəviyyat və fəzilət yolunda sərf edirsə, o millətin gələcəyi vardır. Bunun ən gözəl nümunəsi Çanaqqala və İstiqlal müharibəsidir. Bütün dünya buna şahiddir ki, könülləri imanla dolu o şanlı nəslin sahib olduğu mənəvi güc, düşmənin maddi gücünü darmadağın etmişdir. Amma bunların əksinə, gənclik bütün enerjisini nəfsə, kobud gücə əsir və ram edərsə, tarixdə olduğu kimi sonu məğlubiyyətdir.

Ədəbi bir axirət səadəti üçün dünya imkanlarından, xüsusilə mal və övlad nemətlərini Rəbbin rızasını qazanmaq üçün bir vasitə halına gətirmək vacibdir. Bu dünyadakı son mənzilimiz olan qəbrimizin səssiz, tək-tənha və qaranlıq qalmaması üçün yaşadığımız bu günümüzü yaxşı qiymətləndirib arxamızda xeyirli bir nəsil qoyub getməyə çalışmalıyıq. Övladlarımızı qəlblərimizin ülvi bir mayası halına gətirməliyik ki, uzun və çətin səyahətimizdə bizim üçün bir sədəqeyi-cariyə (xeyrə səbəb olan sədəqə) olsunlar…

Rəbbimiz ehsan etdiyi nikah, ailə və övlad nemətlərinin dünya və axirət səadətimizə vəsilə olmasını nəsib etsin!…  Amin!

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNANMASAQ NƏ OLAR?

Hər hansı bir dinə mənsub olmaq, ulu yaradanın varlığını və kainatdakı hər şeyi xəlq edərək onlara nəzarət ediyinə inanmaq insanlarda...

Bağla