PAKİSTANDA MƏSCİDLƏR BU ŞƏRTLƏ AÇILACAQ

0

Pakistanda, kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində qapadılan məscidlər ramazan ərəfəsində yenidən açılır. İslamveirfan.com xəbər verir ki, prezident Arif Alvinin ölkədəki dini icmaların rəhbərləri ilə keçirdiyi görüşdən sonra bu barədə qərar qəbul rfilib. Virusun yayılmasının qarşısını almaq üçün isə məscidlərin fəaliyyəti bəzi şərtlərlə məhdudlaşdırılıb.  

Bu şərtlərə görə məscidə girənlərin maskalı olması, namaz vaxtı hər möminin arasında minimum 2 metr məsafə olması, məbədlərin tez-tez dezinfeksiya edilməsi məcburidir.  

İslami hərəkatın güclü olduğu Pakistanda hökumət, məscidlərdə ibadəti məhdudlaşdırdığı üçün yerli ictimaiyyət tərəfindən təzyiq altında idi. Ötən həftə isə bəzi din xadimləri məsciddə dua etmənin mütləq bir şərt olduğunu, izn verilməsə ölkədəkiqadağanın pozulaca\ını açıqlamışdılar.

Qeyd edək ki, Pakistanda 8418 nəfər kovid-19 virusuna yoluxub, onlardan 176 nəfər dnyasını dəyişib.

Mənbə: Euronews

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN RAMAZAN BƏYANATI

Ümumdünya Müsəlman Alimlər Şurası müqəddəs ramazan ayı ərəfəsində,  kovid-19 pandemiyası səbəbilə bəyanat yayıb. İslamveirfan.com xəbər verir ki, bəyanatda, pandemiya şəraitində...

Bağla