PREZİDENT İLHAM ƏLİYEV AŞQABADDA İƏT-İN XV ZİRVƏ TOPLANTISINDA İŞTİRAK EDİR

0

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ: PKK-NIN 182 TERRORÇUSU TƏSLİM OLUB

Türkiyə təhlükəsizlik qüvvələri PKK-nın daha 2 terrorçusunu təslim edib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən o da bildirilib...

Bağla