QIRMIZI XAÇ İSRAİLƏ: FƏLƏSTİNLİ MƏHBUS SAYINI AZALDIN

0

Beynəlxalq Qirmizi Xaç Komitəsi (ICRC) kovid-19 virusu təhlükəsi səbəbilə İsrail həbsxanalarında olan fələstinli məhkumların azaldılmasını tövsiyyə edib. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, komitə bu barədə bəyanat yayıb.  

“Kovid-19, həbsxana rəhbərliyi üçün böyük təhlükə yaratmaqdadır. Amma baş vermiş böhran, həbsxana idarəsinin məhkumlara qarşı öhdəliklərini aradan qaldırmamakdadır. Həbsxanada olan məhkumarın səhhətinə görə qayğılanırıq, İsraildə və işğal altında olan dirgər torpaqlarda olan həbsxanalardakı məhkum sayının minimum səviyyəyə qədər azaldılmasını tövsiyyə edirik. Məhkumlara vaxında göstərilməyən tibbi dəstəyin məsuliyyəti isə həbsxana rəhbərliyinə aid olacaq.” – deyə komitənin bəyanatında bildirilib.

Fələstinli Əsirlər Cəmiyyəti isə ötən gün israilli 2 həbsxana nəzartçisində kovid-19 aşkarlanmasından sonra, İsrail həbsxanalarında olan 5 minə yaxın fələstinli məhkumun yoluxma təhlükəsi ilə üz-üzə olduğunu açıqlamışdı.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
APREL QƏLƏBƏSİNİN İLDÖNÜMÜDÜR

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin dördüncü ildönümüdür. 2016-cı il, aprelin...

Bağla