TÜRKİYƏ KƏŞFİYYATI XÜSUSİ TƏHLÜKƏLİ TERRORÇUNU MƏHV ETDİ

0

Türkiyənin xüsusi xidmət orqanı MİT (Milli İstihbarat Təşkilatı), separatçı PKK terror təşkilatının qondarma rəhbər şəxslərindən birini zərərsizləşdirib.

Yerli mətbuatın xəbərinə görə, Fərhad Derik kod adlı suriyalı terrorçu Hüseyn Şibli Şimali İraq Süleymaniya vilayətinin Türkiyə ilə sərhəddində məhv edilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Şibil xarici ölkələrlə əlaqə yaradaraq yeni terror hərəkatı yaratmaq üçün PKK rəhbərliyi tərəfindən vəzifələndirilmişdi.

Terrorçu Şibil 2019-cu ildən bəri qondarma Suriya muxtariyyəti rəhbərliyinin mərkəzi şurasının həmsədri kimi fəaliyyət göstərirdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DEPUTAT: “AZƏRBAYCANDA DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR”

“Azərbaycanda hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı yüksək olub”. Bunu...

Bağla