Türkiyədə 6,8 bal gücündə zəlzələ: ölü və yaralı sayı çoxalıb – VİDEO (Yenilənib)

0

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdə ölənlərin və yaralananların sayı çoxalıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində 6 nəfər dünyasını dəyişib,  419 nəfər yaralanıb. 

Ölü və yaralı sayının artacağı istisna edilmir. 

***

15.50

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,8 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.koca

Zəlzələnin nəticələri barədə açıqlama verən Türkiyənin səhiyyə naziri Fahrettin Koca 4 nəfərin öldüyünü, 120 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını deyib.

Həmçinin, 70 nəfərin dağıntıların altından xilas edildiyi bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Egey...

Bağla