UKRAYNA MÜFTİSİ İSLAM DÜNYASINI KÖMƏYƏ ÇAĞIRDI

0

Ukrayna Müsəlmanları Dini İdarəsinin (UMMA) müftisi Səid İsmayılov ölkədəki müsəlmanların orduya və dövlətə dəstək verməsi, həmçinin İslam dünyasının Ukraynaya dəstək verməsi üçün çağırış edib.  

Bu barədə Türkiyənin “Anadolu” agentliyinə açıqlama verən müfti bu müharibədə müsəlmanların da öldüyünü deyib.

Müharibənin çətin şəraitdə davam etdiyini deyən Səid İsmayılov, rusların Ukraynaya hücumunu xainlik kimi dəyərləndirib.

Ukrayna müsəlmanlarının digər ölkə vətəndaşları kimi bu dğvləti müdafiə etdiyini deyən müfti, müsəlmanlar arasında könüllülər, hərbçilər, həkimlər, səhiyyə əməkdaşları olduğunu qeyd edib.

“Ukrayna müsəlmanlarının müftisi kimi Ukraynada olan müsəlmanları ordumuza və dövlətimizə dəstək verməyə səsləyirəm. Həmçinin İslam dünyasının da Ukraynanı və ukraynalı müsəlmanları dəstəkləməsini istəyirəm.” – deyə müfti Səid İsmayılov bildirib.   

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynada yaşayan azərbaycanlı ailənin 4 üzvü dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANAT YAYIB

30 il əvvəl dünyanın gözü qarşısında yaşanan vəhşiliyin açdığı yaralar hələ də təzədir, qardaş Azərbaycanın dərdini dərdimiz kimi qəbul edir...

Bağla