VİRUS SƏBƏBİNDƏN CÜMƏ NAMAZI ON-LİNE QILINDI

0

Koronavirusa qarşı mübarizə təsbirləri çərçivəsində məscidlərdə cümə və vaxt namazlarının adağan edilməsi ilə din xadimi canlı yayımla cümə namazı qıldırıb. İslamveihsan.com xəbər verir ki, hadisə Finlandiyanın paytaxtı Helsinkidə baş verib.

Finlandiya İslam icmasının din xadimlərindən biri olan Ramin Belyaev şəxsi facebook səhifəsindən həyata keçirdiyi canlı yayımla cümə namazını qıldırıb. Əvvəl günün zöhr namazını qılmağı planlaşdırdığını deyən Belyaev, daha sonra texnologiyanın imkanlarından istifadə dərək belə bir addım atdığını deyib.

Qeyd edək ki, bu uyğulama vaxtı möminlər canlı yayımda din xadiminin boş məsciddə oxuduğu xütbəni dinləyiblər və onunla birlikdə cümə namazı qılıblar.   

Bunun müvəqqəti hal olduğunu bildirən Belyaev, normal vaxtlarda cümə namazına yüzə yaxın insanın gəldiyini, on-line cümə namazında isə 60-a yaxın insanın iştirak etdiyini deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MERACDA BƏXŞ EDİLƏN HƏDİYYƏLƏR

Allah-Taala buyurur: “Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.” (Nəcm-10) Bu vəhyin mahiyyətinin necə olduğu belə açıqlanmışdır: 1.      Namaz:...

Bağla