ZƏNGƏZURUN ŞURNUX KƏNDİNİN BİR HİSSƏSİ AZƏRBAYCANA QAYTARILDI

0

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin bir hissəsi Azərbaycana qaytarılıb.

Haqqin.az xəbər verir ki, bu barədə kənd nümayəndəsi Akop Arşakyan bildirib.

“Hər şey bitdi. Azərbaycanlılar, ruslar, bizim sərhədçilər gəldi. Yanvarın 5-dək vaxt verilib, kəndin ortasında postlar quracaqlar”, – o deyib.

Kənd nümayəndəsi vurğulayıb ki, Azərbaycan qoşunları və əraziyə gələn Rusiya sərhədçiləri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritəsinə istinad edirlər.

Arşakyan kənd kitabxanasının da Azərbaycan Ordusunun nəzarətinə keçdiyini əlavə edib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda – Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Qafqazinfo

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-NƏBƏVİDƏ TƏƏCCÜBLÜ HADİSƏ

Əbu Hureyrə (ra) şahid olduğu bir hadisəni belə rəvayət edir: Bir gün bir bədəvi məscidin içində bir kənara çəkilib bəvl...

Bağla