Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır

0

Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.

“Report” Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT üzvlərinin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclası keçirilə bilər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının keçirilməsi müzakirə olunur. "Report" xəbər verir ki,...

Bağla