“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” adlı konfrans keçiriləcək

0

Noyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransın əsas məqsədi qadınların cəmiyyətin inkişafında, tolerant və multikultural dəyərlərin təşviqində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, sosial tərəqqinin təmin olunmasında rolunun artırılması, onların ictimai-siyasi, elm, təhsil sahələrində fəal iştirakının dəstəklənməsidir. Eyni zamanda, gender bərabərliyinin təşviqi, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda formalaşdırılmasında qadınların mövqeyinin daha da gücləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfrans, həmçinin bu istiqamətdə dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir mübadiləsinin aparılması, yeni təşəbbüslərin irəli sürülməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Tədbir çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü”, “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyaları baş tutacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Dini həmrəylik və birgəyaşayış” layihəsi Qəbələdə davam etdiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 23–26 noyabr tarixlərində “Dini həmrəylik və...

Bağla