ƏBƏDİ QURTULUŞ ÜÇÜN NƏ ETMƏLİYİK?

0

Hz. Osman (r.a) belə deyir:

Peyğambər (s.ə.s) vəfat etdiyi zaman əshabdan bəziləri buna çox kədərləndilər. Hətta bəziləri vəsvəsyə düşəcəkti, mən də onlardan biri idim. Bir gün ağacın kölgəsində oturarkən Hz. Ömər (r.a) keçib mənə salam verdi. Kədərdən nə onun keçdiyinin fərqində idim, nə də salam verdiyinin. Ömər, Əbu Bəkirin yanına gedib belə demişdi:

“Osmanın yanından keçdiyim halda nə mənə dönüb baxdı, nə də salamımı aldı. Belə bir şey sənin xoşuna gələrmi?”

Bunun üzərinə Əbu Bəkirlə birlikdə mənim yanıma gəlib salam verdilər.

 Hz. Əbu Bəkir Qardaşım, Ömər mənim yanıma gəlib, sənə salam verdiyini, ancaq sənin onun salamını almadığını dedi. Bunun səbəbi nədir?”

 -“Mən eləbir şey etməmişəm.” dedim, dərhal Ömər belə dedi:

-“Vallah, sən bunu etdin”

-“Vallah, mən sənin nə keçdiyini, nə də salam verdiyini gördüm”- dedim.

Hz. Əbubəkir sözə qarışıb belə dedi:

-“Osman düz deyir, sənin oradan keçiyinin fərqində deyilmiş, ancaq Osman səni bələ düşüncəli edən şey nədir?”

“Əbədi qurtuluşun necə olacağını Peyğambərimizdən soruşacaqdım, ancaq soruşa bilmədən o, vəfat etdi.”

Əbu Bəkir (r.a):

-“Mən bunu ondan soruşmuşdum deyəndə ” tez ayağa qalxıb həyəcanla belə dedim:

-“Atam-anam sənə qurban olsun, sən əlbətdə buna layiqsən!”.

Əbu Bəkir dedi ki:

-“Mən, Peyğambərimizdən bunu soruşanda belə cavab verdi.”

“Əgər bir kimsə Kəlmeyi-şəhadəti qəbul edib diliylə deyər və gərəyi nədirsə onu edərsə, bax bu onun üçün bir qurtuluş vəsiləsi olar.”

 Dr. Murat Kaya, Hz. Osman’dan 111 Hayat Ölçüsü

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏNNƏTDƏ BİZİ NƏ GÖZLƏYİR?

Cənnət əhlinə verilən nemətlər onlara narahatlıq  verən hər hansı bir şeyin və ya sıxıntının qarşısını almaq üçün deyildir. Oradakı yemə-içmələri...

Bağla