ƏFƏNDİMİZİ (S.Ə.S) ÇOX SEVMƏK

0

Sevgi bəlkə də bəşər övladına bəxş edilən ən ülvi və əvəzsiz nemətdir. İnsana əl çatmaz kimi görünən çox böyük işlər sevgi sayəsində öz bəhrəsini vermişdir. Təbiidir ki, hər şey kimi sevgi də müxtəlifdir. Allah sevgisi, Peyğəmbər sevgisi, Vətən sevgisi, ata-ana, qardaş-bacı oğul-uşaq sevgisi və sairə. Mövzumuzla əlaqədar olaraq biz burada Peyğəmbər sevgisindən bəhs edəcəyik.

İnsanın hər-hansı bir şəxsə qarşı sevgisinin olub-olmadığını bilmək üçün onun sözünə deyil, sevdiyi şəxsin yolundakı etdiyi fədakarlıqlarına və bu yoldakı sabitqədəm olub-olmadığına baxmaq kifayətdir.  

Sevgi özü ilə bərabər hörməti və itaəti də gətirər. Biz əgər Əziz Peyğəmbərimiz (s.v.s)-i  sevdiyimizi söyləyiriksə, onun bizə gətirdiyi əmir-qadağa, halal-haram, yaxşı-pis, təmiz-çirkin nə varsa hamısını qəbul edib onun istəklərini öz istəklərimizdən üstün tutmalıyıq. Peyğəmbərə olan itaət bizə təkcə onun sevgisini qazandırmır, eyni zamanda Allah Təalanın sevgisini də qazandırır. Bu həqiqəti Allah Təala belə dilə gətirir;”‘De ki: Allahı sevirsinizsə, mənə (Yəni Əfəndimiz Məhəmməd (s.a.s)- ə ) uyun ki, Allah da sizi sevsin vəgünahlarınızı bağışlasın.’”(Ali İmran, 31).

Sevmək, sevilənə qarşı  məhəbbət göstərmək, əqlən, fikrən onunla olmaq, sevilən üçün yaşamaqdır. Onunla bərabər olmaq arzusu içində qıvranmaq, onunla bərabər olmaq, ona bənzəmək, onun xoşladıqlarını xoşlayıb, sevmədiklərindən qaçınmaq, onun halına bənzəmək, bir sözlə onunla eyniləşməkdir.

Bəlkə kiminsə ağlına belə bir sual gələ bilər.Biz Peyəmbər Əfəndimiz (s.v.s)-i niyə görə çox sevməliyik? Bu suala cavab tapmaq o qədər də çətin olmasa belə bir az düşündürücüdür. Cavab belə ola bilər. Ona görə çox sevməlkiyik ki, O bizim peyğəmbərimizdir. Əgər peyğəmbərimizdirsə, insan öz peyğəmbərini təbii ki, çox sevməlidir. Bu cavab doğrudur amma biz bu suala bir az daha ətraflı cavab tapmaq istədik.

Birincisi ona görə çox sevməliyik ki, Allah Təala Onu (s.v.s)-i sevməyimizi tələb etmiştir.

Cənab-ı Haq bu mövzuda; “Mömünlərin, Peyğəmbəri öz nəfislərindən çox sevmələri lazımdır.”  (Əhzab, 33/6) buyurmaqdadır. Bu Allahın əmridir. Əmrə də mütləq itaət edilməlidir.

Əfəndimiz (s.v.s)  də mövzuyla əlaqəli olaraq belə buyurur: “Sizdən hər-hansı biriniz, məni atasından, babasından, övladlarından ve bütün insanlardan daha çox sevmədikcə, tam mənasıyla iman etmiş olmaz”. (Buxarî, iman, 8; Müslim, iman, 70)

Allah Təala, onu sevib ona tabe olmağı, özünə olan sevgi ile müqayisə etmişdir.

 Burada diqqət edilməsi vacib olan xüsus budur ki, Rəbbimiz Ali İmran surəsi 31-ci ayətdə;”‘De ki: Allahı sevirsinizsə, mənə (Yəni Əfəndimiz Məhəmməd (s.a.s)- ə ) uyun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.’”(Ali İmran, 31). buyurmaktadır. Yəni özünü sevməmizin, günahlarımızın bağışlanmasının şərtini Əfəndimizə tabe olmağa onu sevməyə bağlamışdır.Yəni nəticə etibarı ilə Rəsulullah (s.v.s)-ə olan sevgi və bağlılıq, eyni zamanda Rəbbimizə olan sevgi və bağlılıq kimi qəbul edilmişdir.

İkincisi ona görə çox sevməliyik ki, Əfəndimiz (s.v.s) şəxsən özünün sevilməsini tələb etmişdir.

Əfəndimiz (s.v.s)-i sevmək onun gətirmiş olduğu Quranı sevmək, dəyərlər mənzuməsini sevmək deməkdir. Bu nöqtədən baxsaq Əfəndimiz (s.v.s) öz bəşəri şəxsiyyətini deyil, təmsil etdiyi risalət vəzifəsi ilə bütünləşmiş olan mübarək şəxsiyyətinin sevilməsini  vurğulamaq istəmişdir.

Bir dəfə Hz. Ömər (r.a): “Ya Rəsulallah! Səni canım xaricindəki hər şeydən çox sevirəm!..’ deyər.  Əfəndimiz (s.v.s)  Hz. Ömər (r.a)-ın əlini tutar və: ”Məni canından çox sevmədikcə olmaz, Ya Ömər!’ buyurur. O da həmin anda: ‘Canımdan da çox sevirəm Ya Rəsulallah!’ deyər. Bunun üzərinə Əfəndimiz (s.v.s) ; “İndi oldu.” buyurur.

İkincisi ona görə çox sevməliyik ki, Əfəndimiz (s.v.s)  ümmətinə düşgün, onlara qarşı çox vəfalı, fədakar və mərhəmətli idi.

Əfəndimiz (sallallahu aleyhi və səlləm) xəstələri ziyarət edər, möhtac insanların halını soruşar, lazım olduğu zaman onlara yardım edərdi. Ona  dərdini anlatmağa gələn olarsa sözünü kəsməz, edəbilirdisə yardım edərdi. Cənab-ı Haqq bu haqda  belə buyurmuşdur: Sizə öz içinizdən elə bir peyğəmbər gəldi ki, sizin sıxıntıya düşməyiniz ona çox ağır təsir edər. O sizə çox düşgün, mömünlərə qarşı çox şəfqətli, çox mərhəmətlidir”. (Tövbə, 9/128)

Üçüncüsü ona görə çox sevməliyik ki, O aləmlərə rəhmət olaraq göndərilmiş bir elçidir. Allah Təala belə buyuruyor: “Doğrusu bu Quranda, qulluq edən kimsələrə bildiriş vardır. Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik.’(Ənbiya, 106-107) Çünki onun dünyaya təşrif etməsi ilə kainatda var olan canlı-cansız hər məxluq bu rəhmətdən öz nəsibini almışdır. Xüsusilə ilahi vəhyə muxatab olan insan ve cinlər Onun əbədi aləmə dəvəti ile dünya və axirət səadətinə nail olmuşdular.

Dördüncüsü ona görə çox sevməliyik ki, Əfəndimiz (s.v.s)  ümmətinə düşgün, onlara qarşı çox vəfalı, fədakar və mərhəmətli idi.

Əfəndimiz (s.v.s) xəstələri ziyarət edər, möhtac insanların halını soruşar, lazım olduğu zaman onlara yardım edərdi. Ona  dərdini anlatmağa gələn olarsa sözünü kəsməz, edəbilirsə yardım edərdi. Cənab-ı Haqq bu haqda  beləbuyurmuşdur: Sizə öz içinizdən elə bir peyğəmbər gəldi ki, sizin sıxıntıya düşməyiniz ona çox ağır təsir edər. O sizə çox düşgün, mömünlərə çox şəfqətli, çox mərhəmətlidir”. (Tövbə, 9/128) 

Peyğəmbər Əfəndimizi niyə çox sevməliyik sualına onun misilsiz həyatından bir çox cavablar tapa bilərik. Bu barədə cildlərlə kitab yazmaq mümkündür.Yəqin ki, bu qədəri mövzumuzu anlamağa kifayət edər. Gəlin biz də o gül üzlü Rəsulu (s.v.s)-I çox, həm də hər şeydən çox sevək. Təkcə özümüz sevməklə kifayətlənməyək onu övladlarımıza, dost tanışlarımıza və bütün bəşəriyyətə sevdirməyə çalışaq. Unutmayaq ki, Onun sevgisi ilə dolu olan qəlb, heç bir zaman cəhənnəm atəşi görməz. Əksinə Allah Rəsulu (s.v.s) ilə cənnətdə bərabər olar. Çünki Əfəndimizi çox sevən bir səhabəyə; “İnsan sevdiyi ilə bərabərdir” buyurmuşdur.

Allah Təaladan niyazımız Əfəndimiz (s.v.s)-in mübarək Mövlüdünü qeyd etdiyimiz bu günlərdə Onu həqiqi mənasıyla dərk etməyi, sevgisini qəlblərimizə nəqş etməyi nəsib  etsin! Amin.

Aqil ƏLİYEV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FİLAN ŞƏXSİN ƏTƏYİNDƏN TUTARAM, O MƏNİ XİLAS EDƏR!

Mömin daim Allaha qarşı vəzifələri xüsusunda öz halını gözdən keçirməlidir. Bəzi cahillərin dediyi kimi, "axirətdə filan şəxsin ətəyindən tutaram, o...

Bağla