Əl-Əqsa Məscidi 41 Gündən Sonra İbadətə Açıldı

0

İsrail və ABŞ tərəfindən İrana qarşı hücumlar səbəbindən bağlanan Əl-Əqsa Məscidi 41 gündən sonra müsəlmanların ibadəti üçün yenidən açılıb.

Anadolu Agentliyinin (AA) bölgədəki müxbirinin verdiyi məlumata görə, işğal altındakı Şərqi Qüdsün Köhnə şəhərində yerləşən Əl-Əqsa Məscidi ibadətə açılıb.

Yüzlərlə fələstinli müsəlmanın səhər azanı ilə qapıları açılan Hərəmi-Şərifə axın etdiyi bildirilir.

Məscidin yenidən açılması ilə göz yaşlarını saxlaya bilməyən bir çox fələstinli, Hərəmi-Şərifin həyətində şükür səcdəsi edib.

Bağlanma zamanı yalnız məscid rəsmiləri və Qüds İslam Vəqf İdarəsinin işçiləri Əl-Əqsa Məscidində namaz qılmağa icazə verilib, digər fələstinlilər isə şəhərdəki kiçik məscidlərdə namaz qılıblar.

İsrail hakimiyyəti həmçinin Xristian dünyası üçün ən vacib dini məkanlardan biri olan Qüdsdəki Müqəddəs Qəbir Kilsəsini də bağlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib. Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən...

Bağla