ƏLİ ERBAŞ: “ERMƏNİLƏR ŞƏHİDLƏRƏ DƏ İŞGƏNCƏ EDİBLƏR”

0

“Müharibə vaxtı etdiyimiz dualarla azərbaycanlı qardaşlarımıza dəstək verirdik”.

Bu sözləri Türkiyə Diyanet işlərinin sədri Əli Erbaş Real TV-yə verdiyi müsahibəsində deyib.         

Erbaş müsahibəsinə Qarabağ zəfərinin Azərbaycan, Türk milləti və bütün müsəlmanlar üçün xeyirli olması təmənnası ilə başlayıb.

“Şuşanı ziyarət etdik. Əsgərlərimizin necə döyüşdüklərinə, Qarabağı düşmən işğalından necə xilas etdiklərinə, şəhidlərimizin necə mübarizə etdiklərinə şahid olduq. Əsgərlərimizə dua etdik, şəhidlərimizə Qurani-Kərim oxuduq. Məscidlərimizi ziyarət etdik, orada azan oxuyub namaz qıldıq”, – deyə sədr bildirib.

Ağdam şəhərinə də getdiklərini deyən Əli Erbaş, ermənilərin bu şəhərdə daş üstündə daş qoymadığını vurğulayıb.

“Tamamilə xarab ediblər, talan ediblər. Cümə məscidini uçurublar. Yəni mehrabını da güllələyiblər və məscidi tövləyə çeviriblər. Sadəcə şəhərləri talan etməklə kifayətlənməyiblər. Məzarları dağıdıblar, məzarlardakı şəhidlərə əziyyət, işgəncə veriblər. İnsanların üzvlərini kəsmək böyük vəhşilikdir. Necə bir zalım və vəhşi olduqlarını öz gözümüzlə gördük.” – deyə Diyanet sədri qeyd edib.

Xatırladaq ki, Türkiyə Diyanet işlərinin sədri Əli Erbaş ötən həftə QMİ sədri Allahşükür Paşazadənin dəvəti ilə ötən həftə Azərbaycanda rəsmi səfərdə olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “GƏNCLƏRİMİZDƏN ÇOX BÖYÜK GÖZLƏNTİLƏRİMİZ VAR”

“Gənclərimizdən çox böyük gözləntilərimiz var”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən Türkiyə Sahibkarlarının Zirvə Görüşünə ünvanladığı videomüraciətində deyib....

Bağla