ƏLİ ERBAŞ TÜRKİYƏDƏN HƏCCƏ GETMƏK ÜÇÜN ŞƏRTLƏRİ AÇIQLADI

0

“İki dəfə peyvənd vurduranlar və yaşı 18 ilə 60 arasında olanlar bu il Həcc ziyarətinə gedə biləcəklər.”

Bu sözləri Türkiyənin dini komitəsi Diyanetin sədri Əli Erbaş iştirak etdiyi iftar proqramında deyib. 2020-ci ildə Həcc ibadətinin xaricdən zəvvar qəbul edilmədən yerinə yetirildiyini xatırladan Erbaş, keçən il növbə gözləyən əmi uşaqlarına püşklə Həcc imkanı yarandığını, yaranmış bəzi məhdudiyyətlərə görə qohumlardan birinin ziyarətə gedə bilməyəcəyini deyib.   

Əli Erbaş Səudiyyə Ərəbistanının Həcc Nazirliyi əməkdaşlarının müsəlman ölkələr ilə 2021-ci ildə Həcc ibadətinin təşkil edilməsi barədə müzakirələr apardığını deyib.  

“İlk müəyyən edilən yaş və peyvənd şərtləri oldu. Bu şərtə görə sadəcə 18 ilə 60 yaş arasında olan zəvvarlar qəbul ediləcək. Keçən il Türkiyədən püşklə 80 min nəfər (ölkə kvotası) Həccə getmək hüququ qazanmışdı. Amma pandemiya səbəbindən gedə bilməmişdilər. Bu il 60 yaş məhdudiyyəti qoyuldu. Bu il bir çox zəvvarımız yaş məhdudiyyətinə görə gedə bilməyəcək. Amma bu il 80 min əvəzinə təqribən 5/1-lik kvota ilə Həcc ibadəti yerinə yetiriləcək.” – deyə Əli Erbaş bildirib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA CÜMƏ AZANI SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNDU – VİDEO

Almaniyanın Vuppertal şəhərində “Diyanet İşleri Türk İslam Birliyi”nə (DİTİB) bağlı Mərkəz məscidində cümə namazı üçün azan səsgücləndirici ilə minarədən oxundu....

Bağla