Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstandakı Xoca Əhməd Yəsəvi məqbərəsinə nadir əlyazma Quran nüsxəsi bağışlayıb.

Səfər zamanı Ərdoğan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məqbərəyə Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisari tərəfindən yaradılmış əlyazma Quran hədiyyə edib.

Akordanın məlumatına görə, qonaqlara türk-islam dünyasının tanınmış mütəfəkkirlərinin və şairlərinin 45 kitabından ibarət ekspozisiya təqdim edilib. Onların arasında Nizaminin “Xəmsə”si, Füzulinin “Leyli və Məcnun” poeması və digər nadir əsərlər var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib

Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri TDT Katibliyinin institusional və rəqəmsal potensialının gücləndirilməsinə dair qərar imzalayıblar. Bundan əlavə, TDT ölkələri...

Bağla