ƏRDOĞAN AZƏRBAYCAN ORDUSUNUN DA İŞTİRAK ETDİYİ HƏRBİ TƏLİMİ İZLƏYİB

0

İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCAN ORDUSUNUN MODERNLƏŞDİRİLMƏSİ ÜÇÜN SIX ƏMƏKDAŞLIQ EDİRİK”

“Erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir...

Bağla