ƏRDOĞAN AZƏRBAYCANDAN TƏBİİ QAZIN HƏCMİNİN ARTIRILMASININ SƏBƏBİNİ AÇIQLAYIB

0

“Azərbaycandan aldığımız təbii qazın miqdarını artırdıq. Duz gölü və Silivridəki yeraltı qaz anbarlarını dövriyyəyə daxil etdik”.

“Haber7” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bunu İrandan Türkiyəyə gələn təbii qaz boru kəmərində baş verən texniki nasazlıqla əlaqələndirib: “Bu baxımdan, İrandan idxal olunan “mavi yanacaq” azaldı. Texniki nasazlığın aradan qaldırılması işlərinin havalar isindikdən sonra görülməsi ilə bağlı İranla razılığa gəldik, təbii qazın tam həcmdə verilməsi bərpa edildi”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARƏK “ÜÇ AYLAR” BAŞLAYIR

“Üç aylar”ın başlanğıcı hesab edilən rəcəb ayının ilk günü 2022-ci il 02 fevral çərşənbə gününə təsadüf edir. Üç aylar Hicri-Qəməri...

Bağla