Ərdoğan: Azərbaycanın səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir

0

“Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı Azərbaycanı Qarabağda qazandığı Qələbənin ikinci ildönümü münasibətilə bir daha təbrik edib: “Fürsətdən istifadə edib Azərbaycanın Zəfər Günü münasibətilə qardaşım İlham Əliyev başda olmaqla Azərbaycanı bir daha təbrik edirəm. Bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edirəm”.

Türkiyə lideri vurğulayıb ki, indi dünyada həssas məqamdır: “Ukraynada davam edən müharibənin ədalətli sülhlə başa çatması üçün səylərimizi davam etdiririk”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Səmərqənddə Türkiyə Prezidenti Ərdoğanla görüşüb

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında...

Bağla