ƏRDOĞAN AZƏRBAYCANLA BAĞLI PAYLAŞIM EDİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

O, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb.

“Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”, – deyə Türkiyə rəhbəri tviterdə yazıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOVLA HULUSİ AKAR ARASINDA GÖRÜŞ OLUB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli...

Bağla