ƏRDOĞAN BMT-DƏKİ ÇIXIŞINDA AZƏRBAYCANA YENİDƏN DƏSTƏK VERİB – VİDEO

0

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DƏMİR YUMRUQ” ABİDƏSİNİN AÇILIŞI OLUB

“İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir...

Bağla