Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır

0

Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.

Türkiyə Prezidentinin sözlərinə görə, bu, regionda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirilən işlərin nəticəsidir.

“Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız “Bir millət, iki dövlət” anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm” – deyə, məktubda bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DOQQUZUNCU CÜZÜN XÜLASƏSİ

Doqquzuncu cüz Əraf surəsinin 88-ci ayəsindən başlayır, 206-cı ayə ilə tamamlanır və Ənfal surəsinin 40-cı ayəsinə qədər davam edir. Bu...

Bağla