ƏRDOĞAN: ERMƏNİSTANIN ETDİKLƏRİ QƏBULEDİLMƏZDİR

0

“Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – Ərdoğan bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
15 SENTYABR BAKININ QURTULUŞ GÜNÜDÜR

Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri-qədim Bakımızın təkrar Azərbayacana qovuşduğu gündür. 1918-ci ilin əvvəllərində Azərbaycan torpaqlarının da daxil...

Bağla