Ərdoğan ilə Məhəmməd bin Salman Somali, Yəmən və Qəzzanı müzakirə ediblər

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

“Report xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını ifadə edib.

Türkiyə Prezidenti həmçinin rəsmi Ankaranın Somali və Yəməndəki hadisələri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün əhəmiyyətli olduğunu bildirərək, ölkəsinin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə töhfə verməyə hazır olduğunu ifadə bildirib.

Ərdoğan eləcə də Qəzzada humanitar vəziyyətin qış mövsümündə ağırlaşdığını, Türkiyənin daimi atəşkəsin təmin olunması və bölgənin yenidən bərpası üçün çalışmağa davam etdiyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ HƏCCƏ GEDƏCƏK ZƏVVARLARA NÖVBƏTI ÇAĞIRIŞ EDIB

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib. QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem...

Bağla