Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda ədalət, təhlükəsizlik və rifahın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.

“Report” xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Coğrafiyamız hazırda su və hava kimi sülhə ehtiyac duyur, buna qovuşacağı günlərin həsrətini çəkir”, – Türkiyə prezidenti bildirib.

O qeyd edib ki, Türkiyə Suriya, İraq, Livan, Fələstin, Körfəz, Afrika, Balkanlar və Qafqazı əhatə edən geniş coğrafiyada xalqlar arasında tarixi qardaşlığın möhkəmləndirilməsi istiqamətində mübarizə aparır.

“Türkiyə Cümhuriyyəti olaraq deyirik ki, tarix bizi bir-birimizə qardaş edib. Bu əbədi qardaşlığı ucaltmaq üçün mübarizə aparırıq. Bu mübarizəni qələbə ilə bitirənə qədər əlimizin çatdığı hər yerdə canla-başla çalışmağa davam edəcəyik”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində...

Bağla