Ərdoğan: Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir

0

Xəzər dənizindən keçən və İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.

“Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qazaxıstan və digər tərəfdaşlarla birlikdə yükdaşımaların genişləndirilməsi üçün marşrutun inkişafını stimullaşdırmağa davam edəcək.

O, həmçinin Aralıq dənizindən Mərkəzi Asiyaya qədər məkanda ölkələr arasında əlaqələri “dildə, düşüncədə və əməldə birlik şüarı altında” yeni səviyyəyə çıxarmaq niyyətini bəyan edib.

Türkiyə lideri tərəflərin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətində olduqlarını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ RAYONLARDA İNTENSİV YAĞIŞ, QAR YAĞACAQ – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 15-16-da, bəzi bölgələrdə isə 15-18-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq...

Bağla