Ərdoğan: “Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu müharibə texnikalarını dəyişir”

0

“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikalarını dəyişir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Nəsil Fırtına Haubitsalarının təqdimat mərasimində deyib.

O bildirib ki, Türkiyə PUA-ları dünya sıralamasında ilk yerlərdədir: “Haubitsalar isə gücümüzə güc qatacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək.

Dövlət başçısı qeyd edib ki, ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub: “Bu, rekord göstəricidir. Müxtəlif layihələrimiz bundan sonra da davam edəcək. İstifadəyə verdiyimiz haubitsalar isə dosta güvən, düşmənə göz dağı olacaq”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ AZƏRBAYCANA DÖYÜŞ TƏYYARƏLƏRİNI SATMAQ İSTƏYİR

Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi...

Bağla