Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır

0

İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.

“Qabaqlayıcı tədbirlər görülür”, – Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.

“İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq”, – Türkiyə Prezidenti bildirib.

Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü, 9-u və 13-də İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan 3 ballistik raketi məhv edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat...

Bağla