Ərdoğan: Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam

0

Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

“Sizə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbrikini gətirdim. Türk dünyasındakı qardaşlarımız da bu gün bizimlə eyni coşqunu yaşayır”, – deyə o əlavə edib.

Türkiyə Prezidenti həmçinin bildirib ki, bu gün birlikdə 30 illik işğala son qoyan möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edirlər:

“Qarabağın azadlığa qovuşması sadəcə Azərbaycanın deyil, Türk dünyası üçün böyük qürur mənbəyidir. Bu qələbə ortaq tariximizə qızıl hərflərlə yazılıb. Bu gün Azərbaycan əsgəri Türkiyədən gələn hərbçilərlə çiyin-çiyinə, yan-yanadır. Əsəgərlərimizə baxanda “Bir millət, iki dövlət!” şüarının nə demək olduğunu anlayırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycan xalqına və ordusuna öz dəstəyini göstərib. "Report" xəbər verir...

Bağla