ƏRDOĞANI İLK TƏBRİK EDƏN AZƏRBAYCAN PREZİDENTİ OLUB

0

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının açılması davam edərkən Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.

Bu barədə Türkiyə mediası xəbər verir.

Türkiyə mediası prezident İ. Əliyevin təbrikini “Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayımlayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

İ. Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə inamı kimi qiymətləndirib və onun rəhbərliyi ilə Türkiyənin hərtərəfli inkişafının növbəti illərdə də davam edəcəyinə əmin olduğunu bildirib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Prezidenti Türkiyə liderini ölkəmizə rəsmi səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib....

Bağla