ƏRDOĞANLA BAYDEN QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

0

“ABŞ-la geniş əlaqələrimiz var”. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib:

“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

“Xüsusilə ticarətin genişlənməsini və artırılmasını çox istəyirik. Ağ Evdəki görüşlərimdə bu mövzunu həmsöhbətlərimin diqqətinə xüsusilə çatdırdım. Dedim ki, Türkiyə ilə ABŞ arasında 21 milyard dollarlıq ticarət həcmi yaraşmır”, – İ.Kalın əlavə edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİSDƏ NURU PAŞA VƏ TÜRK İSLAM ORDUSUNA ABİDƏ QOYULMASI TƏKLİF EDİLİR

Milli Məclisdə Nuru Paşanın və Türk İslam Ordusunun abidəsinin qoyulması təklif edilir. Bu təkliflərlə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin...

Bağla