Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə lideri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirib.

Hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyanın da qatıldığı müzakirələrdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılması məmnuniyyətlə qarşılanıb.

Ərdoğan Ermənistanla beynəlxalq təşkilatlarda inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini deyərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu gün 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri...

Bağla