RƏHMƏT AYI RAMAZAN

0

Bir xütbəsində Allah Rəsulu (s.ə.s) Ramazan ayını vəsf edərək bu ayın insanlar üçün mərhəmət, bağışlanma və cəhənnəm əzabından qurtuluş olduğunu bəyan etmişdir. Allah Rəsulunun (s.ə.s) həmin xütbəsi belədir:

Ey insanlar! Sizə əzəmətli bir ay gəlmişdir. O mübarək bir aydır. O elə bir aydır ki, onun içində min aydan daha xeyirli bir gecə vardır. Allah bu ayın orucunu sizə fərz, gecə ibadətini isə nafilə etdi. Bu ayda xeyirli bir iş görmək, başqa vaxtlarda fərz bir əməli etmək kimidir. Bu ayda fərz bir əməli etmək, başqa vaxtlarda yetmiş fərzi yerinə yetirmək kimidir. Bu səbir ayıdır. Səbrin qarşılığı isə cənnətdir. Bu ay yaxşılıqlar ayıdır. Bu ayda möminin rizqi artar. Kim bu ayda bir orucluya iftar verərsə, bu onun günahlarının bağışlanmasına və cəhənnəm atəşindən qurtuluşuna vəsilə olar. Oruc tutanın savabından heç bir şey əskilmədən onun üçün də oruc tutanın savabı qədər savab yazılar“.

Rəsulullahın (s.ə.s.) bu xütbəsini dinləyən səhabələr belə dedilər: “Ya Rəsuləllah! Bizdən hər kəsin oruc tutanlara iftar verməyə imkanı yoxdur”. Rəsulullah (s.ə.s) belə buyurdu: “Allah oruc tutan kimsəyə bir xurma, su və ya süd ilə iftar verən hər kəsə bu savabı verər. Bu ayın əvvəli rəhmət, ortası məğfirət (bağışlanma), sonu cəhənnəmdən qurtuluşdur…” (İbn Xüzeymə, “əs-Səhih”, III, 191).

İbn Xüzeymə, Beyhəqi və İbn Şahin kimi İslam alimlərinin nəql etdikləri bu rəvayət hədis münəkkidləri tərəfindən tənqid olunmuş və zəif olaraq qəbul olunmuşdur. Lakin hədisin mətnində səhih hədislərlə parallellik görülməkdədir ki, bu baxımdan hədisin məna cəhətdən səhih olduğunu söyləmək mümkündür. Belə ki, Ramazan ayı haqqında Rəsulullahdan (s.ə.s) nəql edilən hədislərdə bu ayın rəhmət, məğfirət və cəhənnəmdən qurtuluş mövsümü olduğuna dair səhih məlumatlara rastlayırıq. Rəsulullah (s.ə.s) bu ayı digər aylardan fərqli olaraq böyük həyəcan içində qarşılamış və Allah ilə bərabərliyini artıraraq özünü tamamilə ibadətə vermişdir. Nəticə olaraq bu ay müsəlmanlar üçün başından sonuna qədər rəhmətin, bərəkətin, məğfirətin bol olduğu bir aydır.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“MÜXTƏLİF ÖLKƏ VƏ TƏŞKİLATLAR MÜSƏLMANLARA ÖGEY ÖVLAD KİMİ YANAŞIR”

Beynəlxalq sistem İslam dünyasını təcrid edir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Elmi Yayma Vəqfinin 53-cü Baş Assambleyasında...

Bağla