МHP-NİN ŞUŞADA TİKDİRƏCƏYİ MƏKTƏB TƏHSİL NAZİRLİYİNƏ TƏHVİL VERİLƏCƏK

0

“Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”.

Bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya bildirib.

MHP sədrinin müavini deyib ki, Ermənistanın işğalı zamanı qətl edilən azərbaycanlıları, həm də son hərbi əməliyyat zamanı şəhidləri minnətlə anır, rəhmət diləyirlər: “Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir.  Şuşanın azad edilməsi Qarabağ zəfərinin taclandıran zəfərlərdən biridir. Dövlət Baxçalı bildirib ki, Şuşanın inkişafı və bu şəhərdə yaşayan Türk övladlarının gələcəyi hamımızın məsuliyyətindədir. MHP sədri qeyd edib ki, Türkiyə Prezidenti və Azərbaycan Prezidenti uyğun sayarlarsa, Şuşada Ülkü Ocaqları məktəb tikilməsini istəyib və bunun adının Üzeyir Hacıybəyov adına məktəb olmasını təklif edib”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏ MHP-NİN SƏDR MÜAVİNİNİ QƏBUL EDİB

Fevralın 2-də Azərbaycan Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Milliyətçi...

Bağla