UZUN FASİLƏDƏN SONRA KƏBƏDƏ CAMAATLA NAMAZ QILINDI 

0

Qlobal pandemiya səbəbindən 7 aydır Məscidi-Haramda və Məscidi-Nəbəvidə dayandırılan camaatla namaz ibadəti, ötən gün sübh namazı ilə yenidən başlayıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə “Harameyn” (İki müqəddəs şəhər) işləri üzrə dövlət komitəsinin social şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb.

Məlumatda, camaatla namazların yenidən qılınmağa başlaması münasibəti ilə müəlmanlar təbrik edilib.

“Koronovirusla mübarizə tədbirləri çərçivəsində Məscidi-Nəbəvidə dayandırılan camaatla namazın yenidən qılınmasına başlanıb. Məscidi-Nəbəvidə namazların yenidən qılınması münasibəti iləbütün müsəlmanları təbrik edirik.” – deyə social şəbəkə mesajında bildirilib.

Qeyd edək ki, pandemiya səbəbindən Ümrə ziyarətlərinə də məhdudiyyət qoyulmuş, oktyabrın 4-də isə Səudiyyə Ərəbistanında yaşayanlar üçün bu məhdudiyyət aradan qaldırılmışdı.

Xatırladaq ki, pandemiya səbəbindən Məscidi-Haramda və Məscidi-Nəbəvidə kütləvi ibadətlərə məhdudiyyət qoyulsa da, bu yerlərdə fəaliyyət göstərən din xadimləri və təmizlik işçiləri burada namaz qılırdılar.

İHA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TBMM sədri: “Tək dost olduğumuz üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”

"Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”. Məlumata görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə...

Bağla